"Sabah" tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarka təmsilçisi "Orhus"a qalib gəlib.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən cavab matçında ev sahibləri 4:0 hesablı qələbəyə seviniblər.
Velko Simiç (59), Stiv Solvet (67), Coy-Lens Mikels (78) və Xander Severina (89) Bakı klubunun qələbə qollarını vurublar.
"Bayquşlar" ilk görüşdə 1:2 hesabı ilə məğlub olsa da, növbəti mərhələyə yüksəlməyi bacarıb.
Bununla da "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhəlısinə vəsiqə qazanıb.
Azərbaycan çempionu növbəti raundda "Hapoel" (İsrail, Beer-Şeva) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi ilə qarşılaşacaq.
***21:45
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında üçüncü qol vurulub.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda ev sahibləri hesab arasındakı fərqi artırıblar - 3:0.
78-ci dəqiqədə Coy-Lens Mikels fərqlənib.
***21:30
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ikinci qol vurulub.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesab arasındakı fərqi artırıblar - 2:0.
67-ci dəqiqədə Stiv Solvet başla dəqiq oynayıb.
***21:23
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında birinci qol vurulub.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən ev sahibləri hesabı açıblar - 1:0.
58-ci dəqiqədə Velko Simiç fərqlənib.
***21:06
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ikinci hissə başlayıb.
***20:50
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçında ilk hissə başa çatıb.
Far.Az xəbər verir ki, Masazırdakı "Bank Respublika Arena"da keçirilən oyunda hesab açılmayıb - 0:0.
***20:04
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Orhus" (Danimarka) matçı başlayıb.
Far.Az xəbər verir ki, qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Görüşü fransalı FIFA referisi Villi Delajo idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk matç Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
***19:07
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda üz-üzə gələcək "Sabah" və Danimarkanın "Orhus" komandalarının start heyətləri açıqlanıb.
Far.Az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka, 13. İvan Lepinitsa, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 99. Orfe Mbina.
"Orhus": 1. Yesper Hansen, 19. Erik Kal, 25. Kolin Rosler, 26. Yakob Andersen, 11. Gift Links, 29. Rasmus Karstensen, 4. Maqnus Knudsen, 10. Kristian Arnstad, 16. Yens Yonsson, 28. Ceyms Boqere, 31. Tobias Bek.
Oxşar xəbərlər
"Sabah" "Orhus"la matçda üçüncü qolu vurub
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub
"Sabah" "Orhus"la matçda fərqi azaldıb
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub olub - YENİLƏNİB-6
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
-
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
-
Kolumbiyada zəlzələdən sonra futbol çempionatı dayandırılıb













