Tusk Seymin spikeri ilə əlaqələri kəsən ABŞ səfirini tənqid edib
Polşanın Baş naziri Donald Tusk ABŞ-nin Varşavadakı səfiri Tom Rouzu tənqid edib.
"Far.Az" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Səfir Rouz, müttəfiqlər bir-birlərinə öyüd verməməli, hörmət etməlidirlər. Biz tərəfdaşlığı belə başa düşürük", - Tusk yazıb.
Tusk bu bəyanatı Prezident Donald Trampa qarşı edilmiş təhqirlərə görə, ABŞ-nin Polşa Seyminin (parlamentin aşağı palatasının) spikeri Vlodzimej Çajastı ilə əlaqələri kəsmək qərarı qəbul etməsindən sonra verib.
Bugünlərdə Çajastı İsrail Knessetinin və ABŞ Nümayəndələr Palatasının spikerinin Trampın Nobel Sülh Mükafatına layiq görülməsi təşəbbüsünü dəstəkləməkdən imtina edib. Polşa parlamentinin aşağı palatasının rəhbəri qərarını elan edərkən bildirib ki, ABŞ lideri bu mükafata layiq deyil.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
ABŞ Trampın ünvanına səsləndirilən təhqirlərə görə Polşa Seyminin sədri ilə əlaqələri kəsib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan-Ermənistan sərhədində 3,9 maqnitudalı zəlzələ baş verib - YENİLƏNİB-2
-
Tramp: ABŞ Hörmüz boğazını minalardan tamamilə təmizləyib
-
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 132-yə çatıb - YENİLƏNİB-8
-
İsmayıl Bəqai: ABŞ-nin sanksiyaları İranı zəiflətməyəcək
-
Todd Blanş rəsmən ABŞ-nin ədliyyə naziri vəzifəsinin icrasına başlayıb
-
Kolumbiyada zəlzələdən sonra futbol çempionatı dayandırılıb













