"Azəriqaz"ın baş direktoru Qubada vətəndaşlarla görüşüb
Far.Az xəbər saytı

"Azəriqaz"ın baş direktoru Qubada vətəndaşlarla görüşüb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Quba rayonunda baş tutub.

“Far.Az” “Azəriqaz”a istinadən xəbər verir ki, birlik rəhbəri Quba, Qusar və Xaçmaz rayonlarından qəbula üz tutan 45 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib.

Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, qapı keçidinin quraşdırılması, habelə işə qəbulla bağlı müraciət ünvanlayıblar.

Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahatlar verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər