Fərid Əhmədov Göyçayda vətəndaşları qəbul edib
Far.Az xəbər saytı

Fərid Əhmədov Göyçayda vətəndaşları qəbul edib


Ədliyyə naziri Fərid Əhmədov Göyçay şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbulda Göyçay, Ağdaş, Ağsu, Zərdab, İsmayıllı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb.

Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər