Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
Far.Az xəbər saytı

Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar


Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçiriləcək "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayacaqlar.

BAKU.WS xəbər verir ki, ilk yarış günündə üç idmançı tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Kim Hvasu (Cənubi Koreya) - Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Nazir Talıbov eyni raundda Migel Qaqo (Portuqaliya) - Erbol Abasbekov (Qırğızıstan), Ruslan Paşayev (hər ikisi 66 kq) Yusuf Nurkoviç (Monteneqro) - Bence Ponqrats (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
Azərbaycan cüdoçularının "Böyük Dəbilqə" turnirindəki ilk rəqibləri müəyyənləşib
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər