"Lombard Türkanə" həbs edildi - 400 minlik ziyan...
Sabunçu rayonunda lombard fəaliyyəti ilə məşğul olan qadın həbs edilib.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 32 yaşlı Türkanə Ağayeva külli miqdarda mənimsəmədə və dələduzluqda təqsirli bilinib.
Türkanə Bakıxanov qəsəbəsində lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə 17 nəfərin etibarından sui-istifadə etməkdə ittiham olunub.
İş materiallarında yazılıb ki, T.Ağayeva müştərilərdən lombard krediti adı altında girov götürdüyü qızıl-zinət əşyalarını kreditlər tam ödənildikdən sonra geri qaytarmayıb. Bundan əlavə o, lombard və bank hərraclarından qızılları ucuz qiymətə alıb baha satmaqla gəlir əldə edəcəyini vəd edərək müxtəlif şəxslərin nağd və bank kartları vasitəsilə pul və qızıl əşyalarını ələ keçirib.
Ümumilikdə "Lombard Türkanə" kimi tanınan şəxsin zərərçəkmişlərə vurduğu ziyanın məbləği 400 min manata yaxındır.
Bakı Ağır Cinayətlər Məhkəməsində sərbəst mühakimə edilən xanım müttəhim ittihamlarla razılaşmasa da toplanmış sübutlar əsasında təqsiri bilinib. Hökmə əsasən, Türkanə 5 il 8 ay azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Oxşar xəbərlər
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətəndaşların DİQQƏTİNƏ: Lombardlarda rahatlıqla aldana bilərsiniz
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













