İtaliyadakı qış olimpiadasında bu gün növbəti yarışlar baş tutacaq
Far.Az xəbər saytı

İtaliyadakı qış olimpiadasında bu gün növbəti yarışlar baş tutacaq


İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək.

"Report"un məlumatına görə, dağ xizəyi, biatlon, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizək sürmə, hokkey, buz xizəyi, xizəklə tramplindən tullanma, sürətli konkisürmə, snoubord üzrə mübarizə baş tutacaq.

Təmsilçilərimizdən Vladimir Litvintsev fevralın 10-da Milan şəhərində fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək. Anastasiya Papatoma isə ayın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək
İtaliyadakı qış olimpiadasında bu gün bir neçə növ üzrə yarışlar baş tutacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər