Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb
Argentinada başa çatan Cənubi Amerika çempionatının nəticələrinə əsasən, bu ilin iyununda Azərbaycanda təşkil olunacaq çövkən üzrə dünya birinciliyində iştirak edəcək növbəti yığmalar müəyyənləşib.
"Report" xəbər verir ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən qitə turnirinin qalibi olan Uruqvay və ikinci yeri tutan Çili komandaları Bakıdakı yarışda iştirak hüququ əldə ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın final qarşılaşmasında Uruqvay yığması Çili komandasını 3:2 hesabı ilə məğlub edərək qitə çempionu adını qazanıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Argentina Kolumbiyaya eyni hesabla qalib gələrək bürünc medallara sahib çıxıb.
Qeyd edək ki, çövkən üzrə II dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək. Mundialda ümumilikdə 9 komandanın iştirakı gözlənilir. Bir komanda isə Beynəlxalq Çövkən Federasiyasının xüsusi dəvəti ilə turnirə qatılacaq.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Bu deputatın mandatı ləğv edildi
-
Azərbaycan tranzit yükdaşımadan milyardlar qazanacaq
-
Sabahdan temperatur 10° enəcək - XƏBƏRDARLIQ













