"Liverpul" Almaniya klubuna satdığı müdafiəçini geri qaytarmağı planlaşdırır
Far.Az xəbər saytı

"Liverpul" Almaniya klubuna satdığı müdafiəçini geri qaytarmağı planlaşdırır


İngiltərənin "Liverpul" klubu "Bayer 04"ün (Almaniya) müdafiəçisi Carell Kuansanı 2027-ci ildə yenidən heyətinə qatmağı planlaşdırır.

"Far.Az" "Football Insider"ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 23 yaşlı futbolçunun satış müqaviləsinə daxil edilmiş gerialma bəndindən yararlanmaq niyyətindədir.

Tərəflər arasında şifahi razılıq əldə olunsa da, transferin 2027-ci ildə reallaşacağı gözlənilir. "Liverpul" ötən yay ingiltərəli müdafiəçini Leverkuzen təmsilçisinə 35 milyon avroya satıb.

Qeyd edək ki, C.Kuansa cari mövsüm bütün turnirlərdə 28 oyuna çıxıb və 2 qolla yadda qalıb. "Transfermarkt" portalı futbolçunu 40 milyon avro qiymətləndirir.

Oxşar xəbərlər

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Leyla Əliyeva və Arzu Əliyeva arıçılıq məhsullarının sərgi-satış yarmarkasını ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Musiqili teatrda tarixi an: Dilarə Kazımova "Chicago" ilə yadda qaldı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər