4 milyona görə həbs edilən dəstə başçısı da - Ev dustaqlığına buraxıldı
İş adamı Quvat Beybutovun 4 milyon manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan dəstə üzvlərindən daha biri həbsdən azad edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə belə qərar qəbul olunub.
Bu cinayət işi üzrə 5 nəfər - Seymur Məhərrəmov, Cavid Hüseynli, Rüstəm Qafarov, Zaur Qurbanov və Ceyhun Əşrəfov ittiham olunur. Onlardan Ceyhun və Cavid azadlıqda idi.
Bu dəfə isə cinayətin törədilməsində əsas fiqur hesab edilən Seymur Məhərrəmovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib.
Prokuror vəsatətə etiraz etsə də, zərərçəkmiş Quvat Beybutov Seymur Məhərrəmovun dəymiş ziyandan ödədiyini bildirərək onun azad edilməsinə etiraz etməyib. Hakim Zaur Hacıyev vəsatəti təmin edib. Seymur Məhərrəmov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Hazırda Rüstəm Qafarov və Zaur Qurbanov həbsdə qalır. Digərlərindən fərqli olaraq onlar özlərini ümumiyyətlə təqsirli bilmirlər.
Proses təqsirləndirilən şəxslərin ifadələri ilə davam edib.
Qeyd edək ki, Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) avtomobil parkında sürücü işləmiş Seymur Məhərrəmov digər təqsirləndirilən şəxslərlə əlbir olaraq dələduzluq planı qurmaqda ittiham olunur. İttihama görə, qrup üzvləri tikinti şirkətinin rəhbəri Quvat Hüseynova Nəsimi rayonunda, 968-ci məhəllədə yerləşən fərdi yaşayış evlərinin sökülməsi və həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınacağını vəd ediblər.
Plana əsasən bu məsələ Seymur Məhərrəmovun guya yüksək vəzifədə çalışan tanışı vasitəsilə həll ediləcəkmiş. Bunun qarşılığında zərərçəkmiş şəxsdən müxtəlif vaxtlarda ümumilikdə 4 milyon 19 min manat pul alınıb.
İş üzrə təqsirləndirilən şəxslərdən Ceyhun Əşrəfov tanınmış idmançı və keçmiş idman federasiyası prezidentidir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













