Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan uşağın vəziyyəti açıqlanıb
Far.Az xəbər saytı

Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan uşağın vəziyyəti açıqlanıb


Ağcabədidə bir neçə gün əvvəl çoxsaylı bıçaq yarası alan 7 yaşlı uşağın vəziyyəti stabildir.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Azad Hüseynov məlumat verib.

Onun sözlərinə gör, azyaşlı Reanimasiya şöbəsindən çıxarılaraq Cərrahiyyə şöbəsinə yerləşdirilib:

"Fevralın 4-də bədəninin müxtəlif nahiyələrində çoxsaylı kəsilmiş-deşilmiş yara ilə müraciət edən uşağın vəziyyəti stabildir. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir".

Xatırladaq ki, hadisə fevralın 4-də Ağcabədi rayonunda qeydə alınıb. 2019-cu il təvəllüdlü uşaq çoxsaylı bıçaq yarası alıb. Azyaşlını bıçaqlamaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər