Premyer Liqada bu gün iki oyun: "Qarabağ" səfərdə, "Neftçi" evdə oynayacaq
Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün daha iki qarşılaşma keçiriləcək.
Far.Az xəbər verir ki, turun ilk oyununda "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da başlayacaq. Hazırda meydan sahibləri 23 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıbsa, Ağdam təmsilçisi 39 xalla ikinci sıradadır.
Günün ikinci matçında isə "Neftçi" öz meydanında "Qəbələ"ni qəbul edəcək. Saat 19:00-da start götürəcək oyunda paytaxt klubu 24 xalla 7-ci, qonaqlar isə 14 xalla 10-cu pillədə yer alır.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sabah" "Araz-Naxçıvan"ı 4:1, "Zirə" "Sumqayıt"ı 3:2, "Turan Tovuz" isə "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib. "İmişli" – "Kəpəz" matçında isə qalib müəyyənləşməyib.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













