Azərbaycan və Meksika deputatları əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib
Milli Məclisin bir qrup deputatı Meksika Deputatlar Palatasının sədri, deputat Kenia Lopes Rabadan ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov, Azərbaycan-Meksika Parlamentlərarası İşçi Qrupunun sədri, deputat Jalə Əliyeva və həmin qrupun üzvü, deputat Sevinc Fətəliyeva iştirak edib.
Eyni zamanda görüşə Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev və Meksika Deputatlar Palatasında Meksika–Azərbaycan Dostluq Qrupunun sədri, deputat Dulse Mariya Korina Viyyeqas da qatılıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib, hər iki ölkə arasında parlamentlərarası dialoqun və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov, Azərbaycan–Meksika Parlamentlərarası İşçi Qrupunun sədri, deputat Jalə Əliyeva və həmin qrupun üzvü, deputat Sevinc Fətəliyevadan ibarət… pic.twitter.com/jvtC21HOGY
— Embajada de la República de Azerbaiyán en México (@AzEmbMex) February 10, 2026
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Gəncədə ata oğlunu qətlə yetirməkdə şübhəli bilinir
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Masazırda motosikletlə avtomobil toqquşub, iki nəfər ölüb
-
Pakistan hərbçiləri Əfqanıstanla sərhəddə 12 silahlını zərərsizləşdirib
-
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb













