"Azercell Biznes" korporativ müştərilər üçün İoT və M2M platformasını təqdim edir
Azercell korporativ müştərilər üçün nəzərdə tutulmuş "Azercell Biznes" rəqəmsal ekosistemi çərçivəsində İoT və M2M platformasını təqdim edib. Platforma müştərilərə IoT və M2M cihazlarının vahid mərkəzdən idarə olunması, real vaxt rejimində nəzarət və əməliyyat səmərəliliyinin artırılması üçün çevik imkanlar verir.
Yeni həll M2M cihazlarının statusunun və trafik istifadəsinin real vaxt rejimində idarə olunmasını,hovuz internet balanslarının tənzimlənməsini və xərclərin optimallaşdırılmasını mümkün edir. Bu yanaşma müəssisələrə müxtəlif layihələr üzrə əməliyyat risklərinin azaldılmasını və resurslardan daha səmərəli istifadə edilməsini də təmin edir.
IoT və M2M həlli logistika, nəqliyyat, istehsal, maliyyə, satış, neft-qaz, eləcə də ağıllı şəhər layihələri daxil olmaqla bir çox sahələrdə tətbiq oluna bilər. Platforma müştəri yönümlü, çevik interfeys, yüksək təhlükəsizlik standartları və genişlənə bilən arxitektura ilə seçilir. Bu xüsusiyyətlər mövcud IoT layihələrinin rahat idarə olunması ilə yanaşı, yeni nəsil həllərin də asanlıqla platformaya inteqrasiyasını mümkün edir.
Qeyd edək ki, Azercell bu təşəbbüslə ölkədə rəqəmsal transformasiyanın sürətlənməsinə və ağıllı texnologiyaların tətbiqinə töhfə verməyə davam edir.
Oxşar xəbərlər
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xəyanətkar İranın iç üzü: Bakının yaxşılığına yamanlıqla cavab verənlərin məqsədi
-
Prezident: Azərbaycan Silahlı Qüvvələri səfərbərlik vəziyyətinə gətirilib
-
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslər təşkil olunub
-
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
-
İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
-
İran Naxçıvana etdiyi hücumu kimin boynuna atır?













