Kamçatka sahillərində "Triumf" gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb
Far.Az xəbər saytı

Kamçatka sahillərində "Triumf" gəmisində baş verən yanğın zamanı 7 nəfər yaralanıb


Kamçatka sahillərində (Rusiya) "Triumf" gəmisində yanğın baş verib, nəticədə 7 heyət üzvü yaralanıb.

"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Qəza-Xilasetmə İşləri Ekspedisiya Dəstəsinin donanmaya nəzarət dispetçer xidmətindən məlumat verilib.

Məlumata görə, göyərtədə olan 29 nəfərdən 25-i "Persey" gəmisinin heyəti tərəfindən xilas edilib.

Daha əvvəl bildirilmişdi ki, 4 nəfər, o cümlədən gəminin kapitanı itkin düşmüş hesab olunur. Daha sonra xilasedicilər məlumat veriblər ki, gəminin kapitanı xilas edilib, 4 heyət üzvünün axtarışları davam edir.

Oxşar xəbərlər

Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər