İlk görüşdən sonra 159 min mesaj göndərən qadın həbs edildi
Far.Az xəbər saytı

İlk görüşdən sonra 159 min mesaj göndərən qadın həbs edildi


ABŞ-də onlayn tətbiqdə tanış olduğu kişi ilə cəmi bir dəfə görüşdükdən sonra ona 159 mindən çox mesaj göndərən qadın həbs olunub.

BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, Arizona ştatında yaşayan 31 yaşlı Jaklin Kler Adesin göndərdiyi mesajların əvvəlcə romantik məzmun daşıdığı, lakin sonradan təhdid və təqib xarakteri aldığı bildirilib. Polis sənədlərində mesajlarda qorxunc və zorakılıq məzmunlu ifadələrin yer aldığı qeyd olunur.

Məlumata görə, kişi cavab vermədikdə qadın gündə yüzlərlə mesaj göndərib. O, həmçinin zərərçəkənin evinə icazəsiz daxil olub, bir dəfə hamam otağında aşkarlanıb, daha sonra isə onun iş yerinə gedərək özünü "həyat yoldaşı" kimi təqdim edib.

Şikayətlər əsasında qadın təqib və icazəsiz daxil olma ittihamları ilə saxlanılıb. Hazırda o, Marikopa dairə həbsxanasında girovsuz saxlanılır və fevralın 5-də məhkəmə qarşısına çıxacağı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, rəqəmsal platformalarda fasiləsiz ünsiyyət imkanları bəzi hallarda təhlükəli və sərhəd pozuntularına səbəb ola bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər