ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir
ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya mediasının diqqətindədir.
Far.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfər zamanı iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer alıb. ABŞ-ın "Associated Press", "News Nation", "Fox New", ABC, CNN, "The Washington Post", PBS, "Forbes Breaking News", "C-Span" kimi media orqanları səfəri geniş şəkildə işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.
"The Washington Post" yazır ki, səfər zamanı Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və Türkiyə ilə birləşdirəcək.
"Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi töhfəyə görə çox minnətdarıq", - deyə PBS Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı çıxışına istinadla qeyd edir.
"Nyu York Post" yazır ki, mətbuata bəyanat zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.
Qalereya
Oxşar xəbərlər
Bu günün valyuta məzənnələri
Azərbaycanda 1 lirə 5 qəpikdən aşağı düşüb
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağır cinayətlərdə ittiham olunan daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
-
69 minlik dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana təhvil verildi
-
Azərbaycanda əl işlərinin elektron satışından əldə edilən gəlirlərə vergi yoxlaması tətbiq ediləcək
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
Azərbaycan I rübdə 5 milyon tondan çox neft ixrac edib
-
Bakıxanovda şadlıq sarayının fəaliyyəti dayandırılıb













