"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri azalıb
Far.Az xəbər saytı

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri azalıb


2025-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyon dollar əsaslı xərclər çəkilib.

"Far.Az" xəbər verir ki, bu barədə yatağın operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşları ilə birgə 2025-ci ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Hesabata əsasən, bu xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), Cənub Qaz Dəhlizi (16,02 %), "LUKoil" (19,99 %), TPAO (19 %), MVM (5 %), NİKO (10,00 %) şirkətləri iştirak edir.

Oxşar xəbərlər

SOCAR "MVM ONEnergy" ilə qaz təchizatına dair yeni saziş imzalayıb
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-TPAO əməkdaşlığı çərçivəsində birgə təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər