Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə hökm oxundu
Far.Az xəbər saytı

Bakı avtovağzalının qarşısında müəlliməni öldürən şəxsə hökm oxundu


Binəqədi Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən sürücü Vüqar Məmmədəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətinin olmadığını bildirib və qarşı tərəflə barışıq əldə edildiyini deyib. Zərərçəkmiş tərəf sürücüyə yüngül cəza verilməsini xahiş edib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Məmmədəliyev 1 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə ötən ilin fevral ayında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında baş verib. 1965-ci il təvəllüdlü V.Məmmədəliyev idarə etdiyi "Saipa" markalı avtomobillə piyada, 1971-ci il təvəllüdlü Məryəm Novruzovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. M.Novruzova Bakıdakı orta məktəblərin birində ibtidai sinif müəlliməsi olub.

Oxşar xəbərlər

Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər