Adi vitamin aqressiv beyin xərçənginin müalicəsində effektli oldu
Far.Az xəbər saytı

Adi vitamin aqressiv beyin xərçənginin müalicəsində effektli oldu


Kalgari Universitetinin alimləri beynin ən aqressiv və müalicəsi çətin növlərindən biri olan glioblastomanın müalicə effektivliyini artırmaq üçün yüksək dozalarda B3 vitamini (niasin) istifadəsinin mümkünlüyünü araşdırırlar.

Cərrahiyyə, şüa və kimyaterapiya aparılsa belə, şiş çox vaxt kompleks müalicədən sonra belə geri qayıdır.

Far.Az-in "Journal of Neuro-Oncology" (JNO) jurnalına istinadla verdiyi xəbərə görə, tədqiqatçılar güman edirlər ki, glioblastoma immun sistemini zəiflədir və onun şiş hüceyrələrinə tam şəkildə hücum etməsinə mane olur.

Heyvanlar üzərində aparılan laboratoriya təcrübələri göstərib ki, niasin zəiflədilmiş immun hüceyrələrini "yenidən işə sala" və onların şişə qarşı fəaliyyətini gücləndirə bilir.

Bu nəticələr xəstələrin iştirakı ilə I–II fazalı klinik tədqiqatın aparılmasına əsas yaradıb. 24 nəfər üzərində aparılan ilkin analizlər göstərib ki, iştirakçıların 82 faizində terapiyaya başlanandan sonra altı ay ərzində xəstəliyin inkişafı müşahidə olunmayıb. Bu göstərici əvvəlki tədqiqatlarda standart müalicə nəticələrindən 28 faiz yüksək olub.

Alimlər vurğulayırlar ki, əldə edilən nəticələr hələ ilkin xarakter daşıyır, lakin son 20 ildə sağ qalma göstəricilərinin demək olar ki, dəyişmədiyi bir xəstəlik üçün olduqca ümidvericidir.

Eyni zamanda mütəxəssislər xəbərdarlıq edirlər: B3 vitamininin yüksək dozalarda qəbulu toksik təsir göstərə bilər və bu, yalnız tibbi nəzarət altında həyata keçirilməlidir.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər