ŞKTR Prezidenti: Ada ilə bağlı prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik
Far.Az xəbər saytı

ŞKTR Prezidenti: Ada ilə bağlı prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik


Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman bildirib ki, ada ilə bağlı aparılan prosesin sonsuz müzakirələrə çevrilməsinin qarşısını almaq istəyir.

"Report" ŞKTR Prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, T. Erhürman bu barədə BMT-nin Baş katibi Antonio Quterreşlə Nyu-Yorkda keçirdiyi görüşdən sonra ölkənin Ercan Hava Limanında təşkil olunan brifinqdə danışıb.

O, BMT Baş katibi ilə görüşün nəticəyönümlü keçdiyini bildirərək A. Quterreşin Kipr məsələsinə diqqətlə yanaşdığını qeyd edib.

ŞKTR Prezidenti yunan tərəfinin müzakirələri başdan başlatmaq istəyinin prosesin uzadılması niyyətindən qaynaqlandığını vurğulayıb. Onun sözlərinə görə, nəticə əldə etmək üçün prosesin davamlılığını təmin etmək vacibdir.

"Prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik", - T. Erhürman bildirib.

O sözügedən mövqenin Türkiyə tərəfindən diktə edildiyi yönündəki iddiaları təkzib edib: "Əgər maneə axtarılırsa, o mənəm. Məsələnin Türkiyə ilə əlaqəsi yoxdur".

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Nyu-Yorkda sərgidə iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər