XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək
İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək.
"Far.Az"un məlumatına görə, biatlon, bobsley, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, hokkey, xizək ikinövçülüyü, skeleton, xizəklə tramplindən tullanma, snoubord, sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.
Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Oxşar xəbərlər
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar baş tutacaq
Qış Olimpiya Oyunları: Azərbaycan idmançısı mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
11 illik buraxılış imtahanının nəticələri elan olunub
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Starmer: Fransa və Britaniya Hörmüzdə müdafiə xarakterli hərbi missiyaya başlamağa hazırdır
-
Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb
-
Azərbaycanda rekord: katarakta əməliyyatı cəmi 1 dəqiqə 39 saniyəyə icra edildi
-
Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama













