Azercell-in dəstəyi ilə "RobotChallenge 2026" üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Far.Az xəbər saytı

Azercell-in dəstəyi ilə "RobotChallenge 2026" üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir


Beynəlxalq Robot Olimpiadasının ("RobotChallenge") Azərbaycanda keçiriləcək yerli mərhələsinə hazırlıq işləri uğurla davam edir. Azercell-in dəstəyi ilə həyata keçirilən layihə ölkədə innovasiya, texnologiya və STEAM sahələrinə marağın artmasına töhfə verir. Mobil operator yarışın milli seçim mərhələsinin rəsmi sponsorlarından biri olaraq gənclərin texnoloji bilik və bacarıqlarının inkişafını təşviq edir.

Hazırlıq mərhələsi çərçivəsində müxtəlif dövlət məktəblərində və özəl təhsil mərkəzlərində "RobotChallenge" ilə bağlı maarifləndirici tədbirlər baş tutub, bir sıra yerli universitetlərdə infosessiyaların təşkili planlaşdırılıb. Həmçinin şagird və tələbələr üçün seminarların, sahə mütəxəssislərinin iştirakı ilə panel müzakirələrin, interaktiv təlimlərin də həyata keçirilməsi nəzərdə tutulub.

Olimpiadanın əsas məqsədi robototexnika və STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) yönümlü biliklərə marağı gücləndirmək, istedadlı məktəbliləri aşkar etmək və onların beynəlxalq səviyyədə çıxışını təmin etməkdir. Milli seçim mərhələsində yüksək nəticə göstərən komandalar Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil edəcəklər.

Xatırladaq ki, yarışa qeydiyyat proqramlaşdırma istiqaməti üzrə (onlayn formatda) 18 fevral 2026-cı il, robototexnika istiqaməti üzrə isə 25 mart 2026-cı il tarixinədək açıqdır.

"RobotChallenge 2026" barədə ətraflı məlumat və qeydiyyat üçün məktəblilər və komandalar www.robotchallenge.az saytına müraciət edə bilərlər.

Oxşar xəbərlər

Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN şagird və müəllimlərlə təlim keçirdi
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər