Mateuş Koxalskinin gələcəyi: Müqavilədəki vacib detallar bəlli oldu
"Qarabağ"ın qolkiperi Mateuş Koxalskinin cari mövsüm yekunlaşdıqdan sonra komandanı tərk edəcəyi ilə bağlı ehtimallar güclənir. Bu barədə xüsusilə Polşa mətbuatında məlumatlar yayılmaqdadır.
Far.Az Qol.az-a istinadla xəbər verir ki, yayılan xəbərlərdə ən maraqlı nüans 25 yaşlı qolkiperlə "Qarabağ" arasında imzalanmış anlaşmanın bəzi mühüm detallarının üzə çıxarılmasıdır.
Məlumata görə, Ağdam klubunun qapıçı ilə bağladığı müqavilədə 2.5 milyon avro dəyərində sərbəstqalma bəndi mövcuddur. Bununla yanaşı, oyunçunu transfer edəcək klub gələcək satışdan "Qarabağ"a 20 faiz pay ödəmək öhdəliyi daşıyır.
Lakin sözügedən şərt Polşa klubları üçün keçərli deyil. Bu maddə yalnız futbolçunun İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ya ABŞ komandalarına transfer olunacağı təqdirdə qüvvəyə minə bilər.
Yay transfer dövründə həmin bənd 1 iyuldan 1 avqusta qədər aktiv olur. Qış pəncərəsində isə son tarix 10 yanvardır. Ancaq "Qarabağ" qış fasiləsində avrokuboklarda iştirakını davam etdirərsə, klubun keçidə icazə verməmək hüququ var.
Xatırladaq ki, Koxalski bir müddət öncə Polşa mətbuatına açıqlamasında "Vidzev Lodz" klubundan təklif aldığını və ailə məsələləri üzündən bu qış vətəninə dönmək istədiyini bildirmişdi. Lakin həmin müsahibədən o da bəlli olmuşdu ki, "Qarabağ" rəhbərliyi qapıçının qışda komandadan gedişinə müsbət yanaşmayıb.
Oxşar xəbərlər
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycanda planşetlərdə "Chrome"un payı 18 % azalıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













