XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək
Far.Az xəbər saytı

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar keçiriləcək


İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək.

"Far.Az"un məlumatına görə, dağ xizəyi, biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, qısa proqramda sürətli konkisürmə, skeleton, xizəklə tramplindən tullanma, sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib - YENİLƏNİB
XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək
XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib
XXV Qış Olimpiya Oyunlarında bu gün növbəti yarışlar keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər