Yaşar Yusubdan romantik etiraf: "Ömrümün ən gözəl çağı"
Far.Az xəbər saytı

Yaşar Yusubdan romantik etiraf: "Ömrümün ən gözəl çağı"


Məşhur müğənni Yaşar Yusub "Darıxacaqsan", "O bilir" kimi uğurlu layihələrindən sonra da yaradıcılıq tempini azaltmaq niyyətində deyil.

BAKU.WS xəbər verir ki, sənətçi yeni mahnısını dinləyicilərin ixtiyarına verib. "Ömrümün ən gözəl çağı" adlı nəğmənin söz və musiqisi Faiq Erola, aranjimanı isə Çoşqun Qadaşova məxsusdur.

Sənətçinin yeni bəstəsi üzərində beynəlxalq komanda çalışıb. Layihədə azərbaycanlı musiqiçilərlə yanaşı, türkiyəli sənətçilər də yer alıb. Mahnı qardaş Türkiyədə canlı musiqi alətlərinin müşayiəti ilə yazılıb.

Ard-arda təqdim etdiyi layihələrlə gündəmdə olan Yaşar Yusub son günlər paylaşdığı yeni fotolarla da diqqət çəkib. Müğənni bu dəfə həmin fotoların səbəbini açıqlayıb. Belə ki, sözügedən görüntülər mahnı üçün hazırlanan xüsusi videoçarxın anonsu olub.

Sənətçinin yeni layihəsindəki stil üzərində Niko Lab çalışıb.

Qeyd edək ki, "Ömrümün ən gözəl çağı" mahnısı Yaşar Yusubun rəsmi yutub kanalında və bütün rəqəmsal musiqi platformalarında yayımlanıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər