Orxan Zeynalov: Azərbaycan 2027-ci ilə qədər Serbiyanın qaz bazarının 20%-ni tuta biləcək
Far.Az xəbər saytı

Orxan Zeynalov: Azərbaycan 2027-ci ilə qədər Serbiyanın qaz bazarının 20%-ni tuta biləcək


2026-cı ildən Azərbaycan Serbiyaya qaz tədarükünü ildə 1 milyard kubmetrə qədər artırmağı planlaşdırır.

"Report"un Balkan bürosunun məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov "NIN"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə iki ölkənin energetika nazirlikləri arasında imzalanmış hökumətlərarası saziş 2026-cı ilə qədər Serbiyaya ildə 400 milyon kubmetrə qədər həcmdə Azərbaycan qazının tədarükünü qurmağa imkan verib.

O. Zeynalov qeyd edib ki, Qərbi Balkanların ən böyük ölkəsi kimi Serbiya Bakı tərəfindən regionun əsas qaz, energetika və elektrik enerjisi mərkəzi kimi nəzərdən keçirilir.

"Energetika sahəsində bizim üç mühüm sənədimiz var, onlardan ikisi profil nazirlikləri səviyyəsində imzalanıb. Birincisi neft, qaz və elektrik enerjisi sahəsində əməkdaşlığın ümumi normativ bazasını formalaşdırır. Bu yaxınlarda imzalanmış ikincisi "yaşıl" energetika sahəsində qarşılıqlı əlaqəyə aiddir. Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) həmkarları Belqraddakı tərəfdaşlarla intensiv danışıqlar aparır və konkret layihə üzrə saziş praktiki olaraq imzalanmağa hazırdır", - o deyib.

Nazir müavininin qiymətləndirməsinə görə, artıq cari ilin sonuna və ya gələn ilin əvvəlinə Azərbaycan Serbiyanın qaza olan məcmu tələbatının 15-20%-ni təmin edə biləcək.

"Serbiyada illik qaz istehlakı təxminən 2,63 milyard kubmetr təşkil edir, bunlardan təxminən 2,2 milyard kubmetr idxal edilir. Yeni layihə çərçivəsində Azərbaycan ölkənin daxili qaz bazarının 20%-ni tuta biləcək. Bu, birbaşa tədarük mənbələrinin diversifikasiyasına - energetika təhlükəsizliyinin əsas elementlərindən birinə kömək edən son dərəcə mühüm addımdır", - O.Zeynallov vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər