Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranması günü qeyd olunub
Fevralın 14-də Hərbi Hava Qüvvələrinin (HHQ) N hərbi hissəsində Azərbaycan HHQ-nin yaranmasının 34-cü ildönümünə həsr olunan tədbir keçirilib.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissənin şəxsi heyətinin, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirak etdiyi tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə hərbi hissənin qazandığı uğurlardan danışılıb. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə və bacarıqla gəlib.
Sonra tədbirin bədii hissəsində təqdim olunan maraqlı konsert proqramı hərbi qulluqçularda xoş ovqat və yüksək bayram əhval-ruhiyyəsi yaradıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Ad günündən qayıdan Ada Süleyman faciəli şəkildə öldü - TƏFƏRRÜAT
-
Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekord müəyyənləşdirib
-
Tramp: İran son bir həftədə əvvəlki dövrlərlə müqayisədə daha çox raket və dron buraxıb
-
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
-
Bakıda mağazaları qarət edən iki nəfər saxlanıldı













