Şəhriyar Məmmədyarov: "Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar"
"Nyukasl"la oyunda "Qarabağ"dan hər şey gözləmək olar.
"Far.Az"un məlumatına görə, bu barədə Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.
Təcrübəli qrossmeyster UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl" (İngiltərə) oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Desəm ki, şans yoxdu yalan olar. "Nyukasl" böyük favoritdir. Zəngin təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdur. Lakin "Qarabağ" adi komanda deyil. "Benfika"ya 0-2 uduzurdu, sonda 3-2 qalib gəldi. "Ayntraxt"a 1-2 məğlub olurdu, sonda hesabı 3-2 etdi. "Çelsi" kimi komandayla heç-heçə oynadı. Yəni "Qarabağ"dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, stadiona getməyə çalışacağam".
Ş. Məmmədyarov ötən ay atası ilə birlikdə stadionda "Qarabağ"ın "Ayntraxt"la oyununa baxdığını söyləyib:
"Çox əla oyun keçdi. Atam dəhşətli dərəcədə "Qarabağ"a inanırdı. İlk dəqiqədən deyirdi yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. "Qarabağ" inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, "Qarabağ"-"Ayntraxt" matçını stadionda izləmişəm. Dəhşət hisslər idi".
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













