"Neftçi"nin baş məşqçisi: "Çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verdik"
"Neftçi" çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verib.
"Far.Az"un məlumatına görə, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis bu gün "Kəpəz"ə 3:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XX turunun oyunundan sonra açıqlama verib:
"Bu mövzunu bağlamaq vaxtıdır. Rəhbərliklə görüşdük və belə çətin dönəmdə "Qarabağ"a dəstək olmaq qərarı verdik. Onlar Azərbaycanı böyük futbol arenasında təmsil edir. Belə qərar verdik, bizim qərardır. Bizim üçün o qədər də yaxşı olmaya bilər, ritmdən düşə bilərik. Amma ümidvaram ki, hər şey yaxşı olacaq. "Qarabağ"a "Nyukasl"la oyunda qələbə arzulayıram. Bu bütün Azərbaycanın xeyrinədir. Sizin ölkə buna layiqdir".
Y. Vernidub bugünkü görüşdəki qələbəyə görə "Neftçi" azarkeşlərini təbrik edib:
"Bu matçdan sonra istirahət olacaq. Qarşıdakı həftə oyunumuz yoxdur. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama görüşü keçirəcək. Olmasa, öz aramızda oynayacağıq. Bunu komandanı tonusda saxlamaq üçün edirik".
Baş məşqçinin sözlərinə görə, futbolçular üçün ən böyük mükafat qələbədir:
"Bu gün işlədik və üç xalı qazandıq. Onlarla çox ünsiyyətdə oluram. Münasibətləri də çox yaxşıdır. Daha çox işləyəcəyik və hər şey daha da yaxşı olacaq".
Oxşar xəbərlər
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Yuri Vernidub "Neftçi"yə baş məşqçi təyin edilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Misli"nin dəstəyilə Peşəkar İntellekt Liqasının 2025-ci il mövsümü başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













