XİN başçısının anqolalı həmkarı ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət müzakirə olunub
Far.Az xəbər saytı

XİN başçısının anqolalı həmkarı ilə görüşündə Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət müzakirə olunub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun anqolalı həmkarı Tete Antonio ilə görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi vurğulanıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın baş diplomatı sosial şəbəkədə paylaşım edib.

“BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Anqolanın xarici işlər naziri Tete Antonio ilə görüşməkdən məmnun qaldım. Beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyətin hazırkı səviyyəsi məmnunluqla qeyd olunub, ikitərəfli əməkdaşlığın perspektivləri üzərində işin davam etdirilməsinin vacibliyi bir daha vurğulanıb”, – paylaşımda diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib - YENİLƏNİB
Azərbaycan və Latviyanın XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər - YENİLƏNİB
Ceyhun Bayramov finlandiyalı həmkarı ilə siyasi, iqtisadi və humanitar məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Serbiya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər