Messi futbolda ilk dəfə varisini AÇIQLADI
Lionel Messi ilk dəfə olaraq öz yolunu təkrarlaya biləcək futbolçu haqqında açıq danışıb.
BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu müsahibəsində bildirib ki, o, 17 yaşlı Lamin Yamalda sadəcə istedadlı gənci deyil, özünün tam surətini görür.
Bu açıqlama Argentina prezidentinin Messini yenidən futbol tarixinin ən böyük oyunçusu adlandırmasından sonra səsləndirilib.
Yüksələn ulduzlar haqqında suala cavab verən Messi olduqca qısa və qəti danışıb. O vurğulayıb ki, çox sayda istedadlı gənc oyunçular meydana çıxsa da, məhz Yamal onun "Barselona"dakı karyerasının başlanğıcı ilə ən çox oxşarlıq yaradır. Argentinalı futbolçu bu fikrini yalnız gənc istedadın nailiyyətləri ilə deyil, həm də meydanda göstərdiyi böyük potensialla əsaslandırıb. Onun sözlərinə görə, ispan hücumçu yeni nəslin ən yaxşı nümayəndəsidir.
Xatırladaq ki, Lamin Yamal, "Barselona" akademiyasının yetirməsi kimi artıq bu mövsüm bir-birinin ardınca rekordlar qıraraq futbol ictimaiyyətini heyran edib. Messi isə katalon klubunda keçirdiyi 778 oyun, vurduğu 672 qol və etdiyi 303 məhsuldar ötürmə ilə bu müqayisəni aparmaq üçün kifayət qədər təcrübəyə malikdir.
17 yaşlı ispan futbolçunun hesabında artıq 45 oyunda 24 qol və 18 assist var ki, bu da onun yaşı üçün olduqca yüksək göstəricidir və gələcəyi ilə bağlı gözləntiləri daha da artırır.
Əlavə edək ki, hazırda Lamin Yamal zədə səbəbindən heyətdən kənarda qalıb və bərpa prosesini davam etdirir. Buna baxmayaraq, Messinin bu proqnozu artıq dünya mediasında geniş müzakirələrə səbəb olub
Messi futbolda ilk dəfə varisini AÇIQLADI
Oxşar xəbərlər
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva "Yüksələn işıq" sərgisində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb













