Azərbaycanın Mərakeşdəki səfiri Seneqalın hökumət üzvləri və mətbuat nümayəndələri ilə görüşüb
Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Seneqal Respublikasına işçi səfər edib.
"Report" xəbər verir ki, səfər çərçivəsində səfir Seneqalın iqtisadiyyat, planlaşdırma və əməkdaşlıq naziri Abdurahman Sarr, silahlı qüvvələr naziri general Birame Diop, dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Olivye Bukal, kommunikasiya, telekommunikasiya və rəqəmsal inkişaf naziri Aliun Sall, gənclər, idman və mədəniyyət naziri Kadi Dien Gaye, həmçinin Xarici İşlər Nazirliyinin müxtəlif departament rəhbərləri ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan ilə Seneqal arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi, investisiya imkanlarının araşdırılması, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivləri, eləcə də rəqəmsal transformasiya, dövlət idarəçiliyi, gənclər və idman sahələrində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Həmçinin səfər çərçivəsində bu ölkənin dövlət xəbər agentliyi olan Seneqal İnformasiya Agentliyi ("Agence de Presse Sénégalaise" - APS), ən qədim mətbuat məcmuələrindən biri olan "Le Soleil", eləcə də, "Seneweb" və "Senenews" kimi əsas media qurumlarının rəhbərləri ilə də görüşlər keçirilib. Görüşlər zamanı informasiya sahəsində əməkdaşlıq imkanları, xəbər mübadiləsi, media qurumları arasında birbaşa əlaqələrin yaradılması və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və müvafiq dövlət qurumları, eləcə də media strukturları arasında birbaşa əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıblar.
N.Səmədov Azərbaycan Respublikasının Afrika ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirərək, Seneqal ilə münasibətlərin qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri əsasında daha da genişləndirilməsi üçün böyük potensialın olmasını diqqətə çatdırıb.
Seneqallı rəsmilər isə öz növbələrində Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını ifadə edərək, konkret sahələr üzrə birgə layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi məqsədilə MEDİATUR
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İftar vaxtı - 17 mart 2026: Ramazanın 27-ci günü
-
Məzuniyyətə çıxmaq istəyənlərin NƏZƏRİNƏ - Əməkhaqqı belə hesablanır
-
İlber Ortaylı ilə vida mərasimi keçirilir
-
"Oskar" mükafatının qalibləri açıqlandı
-
Petr Binhak: "Çexiya Azərbaycanın yaşıl enerji dəhlizlərində maraqlıdır"
-
İsraildə son 24 saat ərzində 142 nəfər xəstəxanaya yerləşdirilib













