Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti
Far.Az xəbər saytı

Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti


Gəncədə dəm qazından zəhərlənən tələbə qızların son vəziyyəti məlum olub.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından fevralın 16-da saat 03:20-də zəhərlənmə şübhəsi ilə üç nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunduğu bildirilib.

"Dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

*** 08:51

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir.

Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda qan banklarının siyahısı yenilənib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
SOCAR-ın nəzdində Əməliyyat Texnologiyaları Akademiyası fəaliyyətə başlayıb
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Leyla Əliyeva və Alena Əliyeva LDU-nun nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər