İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib
Far.Az xəbər saytı

İsmayıllıda I Qarabağ müharibəsinin itkin-şəhidi Fərman Feyzullayevlə vida mərasimi keçirilib


İsmayıllı rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Fərman Məhəmməd oğlu Feyzullayevlə vida mərasimi keçirilib.

"Far.Az"un Yuxarı Şirvan bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İsmayıllı rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Fərman Məhəmməd oğlu Feyzullayev 1971-ci il aprelin 20-də İsmayıllının İstisu kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunda (Murovdağ silsiləsi) gedən döyüşlər zamanı itkin düşüb.

F.Feyzullayev doğulduğu kənddə dəfn ediləcək.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər