Keçən il "ASAN xidmət indeksi" üzrə 511 xidmət qiymətləndirilib
Keçən il "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə vasitəsilə 511 xidmət qiymətləndirilib.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hesabat ili ərzində qiymətləndirilən xidmətlərə mərkəzi, yerli icra hakimiyyəti orqanları, dövlətin hüquqi şəxsləri və Naxçıvanda fəaliyyət göstərən dövlət orqanlarının xidmətləri aiddir:
"İndiyədək 99 qurum "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunub. 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə, 511 xidmət qiymətləndirilib. Qeyd olunan 511 xidmətin 103 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 26 dövlət orqanına aiddir".
Ü.Mehdiyev əlavə edib ki, "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunan qurumlardan 77 yerli icra hakimiyyətidir:
"Bu günədək "ASAN müraciət" mobil tətbiqinin istifadəçi sayı 80 mini keçib və sistemə 17 min-dən çox müraciət daxil olub".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb













