Qurban Qurbanovdan "Nyukasl"la matçda Toral Bayramovun gülməsinə reaksiya
"Sami Mmaenin heyətdən kənarlaşdırılmasının səbəbi idman nizam-intizam qaydalarını pozmasıdır".
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, bəzi nüansları açıqlamağa ehtiyac yoxdur:
"Futbolda belə hallar olur. Bir çox klublar oyunçulara qarşı belə addımlar atırlar. Bizdə bu hallar az olsa da, bəzən bu addımı atmaq lazım gəlir".
Baş məşqçi ilk oyunda ehtiyat oyunçular skamyasında Toral Bayramovun gülməsi barədə də danışıb:
"Toralın o epizodda gülməsi, ola bilsin, həmin epizoda qədər nəyəsə gülürdülər və belə mənzərə ortaya çıxmışdı. Xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə irad bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













