Naxçıvanda 2015-2020-ci illərdə imzalanmış 10 fərman ləğv edilib
Naxçıvan Muxtar Respublikasında (MR) 2015-2020-ci illərdə imzalanmış 10 fərman qüvvədən salınıb.
"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov bununla əlaqədar yeni fərman imzalayıb.
Fərmanda muxtar respublikada müxtəlif illərdə qəbul edilmiş bir sıra normativ-hüquqi aktlar və onların ayrı-ayrı hissələri ləğv olunması öz əksini tapıb.
Sənədə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Avtomobil Yolları Dövlət Agentliyi ilə bağlı 2015–2018-ci illəri əhatə edən fərmanların bəzi hissələri ləğv olunub.
Eyni zamanda, 2015–2020-ci illərdə müxtəlif qurumların yaradılması və fəaliyyətinin tənzimlənməsi ilə bağlı imzalanmış 10 fərman tam şəkildə qüvvədən salınıb.
Ləğv edilən sənədlər sırasında muxtar respublikanın Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Nəqliyyat Xidməti, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, eləcə də "Texnologiyalar Parkı haqqında Nümunəvi Əsasnamə" ilə bağlı fərmanlar da yer alıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb













