"Qarabağ"ın futbolçusu: "Nyukasl"a qarşı iki fərqli oyun keçirdik
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi "Nyukasl"a qarşı iki fərqli matç keçirib.
"Far.Az" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu Ağdam təsmilçisinin yarımmüdafiəçisi Abdullah Zubir deyib.
O, "Nyukasl"la cavab matçında müsbət mənada fərqli çıxış etdiklərini bildirib:
"Düşünürəm ki, ilk və cavab oyunu arasında fərqlər çox idi. Bu komandaya qarşı iki fərqli oyun keçirdik. Amma bu gün daha yaxşı futbol oynamaq və əsl "Qarabağ"ın əsl gücünü göstərmək istəyirdik. Hesab edirəm ki, buna nail olduq. Yaxşı çıxış etməyimiz, azarkeşlərimiz üçün çox önəmlidir. Yaxşı oyun nümayiş etdirdik və iki qol vurduq. İlk matçdakı böyükhesablı məğlubiyyətdən sonra bu, önəmli idi. Qarşılaşmaya istədiyimiz kimi başlamasaq da, sonradan toparlana bildik".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, "köhlən atlar" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
Çempionlar Liqası: "Qarabağ" - "Nyukasl" matçında yeddinci qol vurulub - YENİLƏNİR-8
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-7
"Qarabağ" "Nyukasl"ın qapısına daha bir qol vurub, fərq yenidən azalıb - YENİLƏNİR-6
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













