Beynəlxalq Cüdo Federasiyası Akademiyasının idman direktoru Bakıda seminar keçirib
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının idman direktoru Daniel Laskaunun təqdimatında Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvləri üçün seminar təşkil olunub.
"Far.Az" ACF-yə istinadən xəbər verir ki, məşğələnin əsas məqsədi hakimlərin nəzəri biliklərinin və praktiki bacarıqlarının artırılması, beynəlxalq qaydalardakı son yeniliklərin izahı və yarışların idarə olunmasında vahid yanaşmanın təmin edilməsi olub.
Tədbir çərçivəsində qiymətləndirmə meyarları, video-təkrar (VAR) sisteminin tətbiqi və mübahisəli epizodların düzgün şərhi ətrafında geniş müzakirələr aparılıb.
Daniel Laskau çıxışında beynəlxalq turnirlərdə hakimliyin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayaraq bildirib ki, milli federasiyalarda təşkil olunan bu cür maarifləndirici seminarlar hakimlərin peşəkar inkişafında mühüm rol oynayır. O, interaktiv təqdimatlar və praktiki nümunələr vasitəsilə iştirakçıların suallarını cavablandırıb, real yarış situasiyaları üzərində təhlillər aparıb.
Seminarda respublika dərəcəli və beynəlxalq kateqoriyalı hakimlər iştirak ediblər. Tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
-
Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"













