Nigeriyada polis maşınlarına hücum zamanı 8 nəfər ölüb
Far.Az xəbər saytı

Nigeriyada polis maşınlarına hücum zamanı 8 nəfər ölüb


Nigeriyanın şimal-qərbində polis maşınlarına silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb.

"Far.Az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə yerli özünümüdafiə dəstələrinin nümayəndələri məlumat veriblər.

Ölənlər arasında beş polis və hakimiyyət tərəfindən dəstəklənən özünümüdafiə birləşməsinin üç döyüşçüsü var. Hücum edənlər pusqu qurub və içərisində təhlükəsizlik qüvvələrinin əməkdaşları olan 15 yerlik avtobusu atəşə tutublar.

Polisin açıqlamasına görə, hücumdan sonra 7 əməkdaşı xilas etmək mümkün olub, daha iki yaralı isə tibbi yardım göstərilməsi üçün təxliyə edilib. Hücum edənlər beş ədəd "AK-47" avtomatını ələ keçiriblər.

"Reuters"in polisdəki mənbələri həmçinin bir neçə əməkdaşın qaçırıldığını bildiriblər. Hakimiyyət neçə nəfərin itkin düşdüyünü hələ təsdiqləməyib.

Oxşar xəbərlər

Bakının mərkəzində QHT-lər milli baş örtüyü – kəlağayı ilə yürüş keçiriblər
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər