Sərbəst güləşçi Rəşid Babazadə Albaniyadakı turnirdə gümüş medal qazanıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində gümüş medal qazanıb.
"Report" xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz reytinq turnirində finalda uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
O, həlledici görüşdə hindistanlı U-23 dünya çempionu Sucet Sucetə (0:10) məğlub uduzub.
İslam Bazarqanov (57 kq) isə üçüncü yer uğrunda qarşılaşmada hindistanlı Akşay Tanaci Dhereyə 9:2 hesabıyla qalib gələrək reytinq turnirində bürünc medal qazanıb.
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində mübarizəyə start veriblər.
"Report" xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala, digər ikisi isə üçüncü yer uğrunda görüşə vəsiqə qazanıb.
65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib və finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucova qalib gələrək qızıl medal uğrunda görüşdə iştirak etmək hüququ qazanıb.
İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86) isə üçüncü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaqlar.
Medallar uğrunda qarşılaşmalar Bakı vaxtı ilə 21:00-da start götürəcək.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Bakıda avtobus kişini vuraraq öldürüb
-
Şəkidə yük avtomobili yanıb
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
-
Azərbaycandakı bankların kredit portfelinin məbləğinə görə renkinqi (01.04.2026)
-
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib













