"Barselona"nın futbolçusu Frenki de Yonq zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq
Far.Az xəbər saytı

"Barselona"nın futbolçusu Frenki de Yonq zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq


İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın son məşqi zamanı zədələnib.

"Far.Az" "AS" nəşrinə istinadən xəbər verir ki, ilkin tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb.

Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

De Yonq 2025/2026 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 31 oyunda iştirak edib, 1 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Frenki de Yonqun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər