Azərbaycan Gürcüstanın maliyyə nəzarəti təcrübəsi ilə tanış olub
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin nümayəndə heyəti Gürcüstanın Maliyyə Nazirliyində işgüzar səfərdə olaraq bu ölkənin maliyyə nəzarəti təcrübəsi ilə tanış olub.
"Far.Az" bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində tərəflər arasında dövlət maliyyə nəzarəti, audit fəaliyyəti və daxili nəzarət sistemlərinin təşkili sahəsində təcrübə mübadiləsi aparılıb. Görüşlər zamanı risk əsaslı audit yanaşmaları, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və rəqəmsal həllərin tətbiqi məsələləri müzakirə edilib.
Nümayəndə heyəti Gürcüstan Maliyyə Nazirliyinin müvafiq struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olub, dövlət sektorunda maliyyə nəzarəti və audit proseslərinin təşkili istiqamətində təqdimatlar dinlənilib.
Səfər çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, birgə təlim və təcrübə proqramlarının təşkili imkanları da nəzərdən keçirilib. Görüşlərin dövlət maliyyə nəzarəti sahəsində ikitərəfli əməkdaşlığın inkişafına və qabaqcıl təcrübələrin tətbiqinə töhfə verəcəyi vurğulanıb.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq













