Azərbaycan makro-fiskal "Tərəfdaşlar Şəbəkəsi" görüşündə təmsil olunub
Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin nümayəndə heyəti Beynəlxalq Valyuta Fondunun (IMF) Qafqaz, Orta Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin Qazaxıstanın Almatı şəhərində təşkil etdiyi III yüksək səviyyəli makro-fiskal "Tərəfdaşlar Şəbəkəsi" görüşündə iştirak edib.
"Report" bu barəd nazirliyə istinadən xəbər verir.
Məlumata görə, görüşdə dövlət müəssisələrinin iqtisadiyyatda oynadığı rol və makro-fiskal siyasətə təsiri, iştirakçı ölkələr arasında praktik biliklərin bölüşməsi və regionda daha güclü makro-fiskal əməkdaşlığın formalaşması istiqamətində müzakirələr aparılıb.
Bu cür yüksək səviyyəli platformalarda iştirak beynəlxalq təcrübənin öyrənilməsi, institusional potensialın daha da gücləndirilməsi və dövlət müəssisələrinin idarə olunması sahəsində qabaqcıl yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Agentlik gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində təşəbbüsləri dəstəkləməkdə və regionda dayanıqlı makro-fiskal mühitin formalaşmasına töhfə verməkdə qətiyyətlidir.
Oxşar xəbərlər
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













