Heydər Əliyev Fondunun əməkdaşı: Xocalı Soyqırımı Memorialı tarixi yaddaşın yaradılmasına həsr edilib
Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından tarixi yaddaşın yaradılmasına həsr edilmiş məkandır.
"Far.Az"un Xocalıya ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Prezidentin izi ilə şəhərə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov deyib.
Onun sözlərinə görə, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli sərəncamına əsasən yaradılıb:
"Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmə Xocalı soyqırımına dair yaddaşın qorunmasına həsr edilib. Birinci ekspozisiya zalında Xocalının tarixi, Xocalı soyqırımı ilə bağlı müxtəlif video və fotogörüntülər, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair məlumatlar əks olunub. Eyni zamanda, ziyarətçilər birinci zalda Ümummilli Lider Heydər Əliyevin Xocalı soyqırımına verdiyi siyasi-hüquqi qiymətlə tanış ola bilərlər.
İkinci ekspozisiya zalında isə Prezident İlham Əliyevin Xocalı soyqırımı ilə əlaqədar həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində həyata keçirdiyi siyasəti, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılmasına yönəlmiş genişmiqyaslı fəaliyyəti əks etdirən məlumatlar yerləşdirilib.
İkinci ekspozisiya zalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə bağlı məlumatlar da əks olunub. Bundan başqa, zalda həmin kampaniya çərçivəsində bir sıra ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin maketləri də təqdim edilir. Ümumiyyətlə isə Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından tarixi yaddaşın yaradılmasına həsr edilmiş məkandır".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Prezident Gəncə Memorial Kompleksinin açılışında iştirak edib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib













