Azərbaycanın 3 qılıncoynadanı Avropa birinciliyində ilk səkkizliyə daxil olublar
Azərbaycan qılıncoynadanları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən yeniyetmə və gənclərin Avropa birinciliyində çıxış ediblər.
"Far.Az" xəbər verir ki, təmsilçilərimizdən Abbas Hüseynov, Zərifə Hüseynova və Vahab Fətullayev bürünc medalın bir addımlığında mübarizəni dayandırıblar.
Abbas Hüseynov qılıncoynatmanın sablya növündə yeniyetmə oğlanların şəxsi yarışında 1/4 finala kimi irəliləyərək 80 iştirakçı arasında turniri 6-cı sırada bitirib.
Zərifə Hüseynova isə gənc sablyaçı qızların şəxsi yarışında ən güclü səkkizlikdə mübarizəni başa vuraraq ümumi sıralamada 72 iştirakçı arasında 7-ci olub.
126 gənc şpaqaçı oğlanların mübarizə apardığı şəxsi yarışda Vahab Fətullayev yekun cədvəldə 7-ci yerdə qərarlaşıb.
Abbas Hüseynov, Timur Husnaddinov, Rəsul Əliyev və Nahid Məmmədlidən ibarət millimiz sablya üzrə gənclərin yarışında 11-ci olub.
Zərifə Hüseynova, Alla Həsənova, Leyla Əhmədova və Fərəh Abasova isə sablya üzrə gənc qızların komanda yarışını 14-cü sırada tamamlayıb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sumqayıtda futbol oynayarkən halı pisləşən gənc ölüb
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
"Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub
-
"CNN": İran Hörmüzdən keçid üçün pul ödəyən gəmilərə üstünlük verəcək
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq













