Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub
Far.Az xəbər saytı

Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub


Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur.

Far.Az İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib.

Bu isə o deməkdir ki, evlərin hər biri plandadır.

Bildirilib ki, ərazidə 18 ev var və sakinlərə 2700 manatdan kompensasiya təklif olunub: "Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu, bizi qane edir".

Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, işlərə nə zaman başlanacağı məlum deyil.

Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ rayonu istiqamətindəki yol birləşəcək: "Mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihə əsasən, ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkətin təşkil olduğu yol ayrıcı, eləcə də Qaradağ istiqamətinə yan yol yaradılacaq".

Daha ətraflı videomaterialda:

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər