Sumqayıtda binada yıxılan qızın vəziyyəti ağır olduğu üçün Bakıya təxliyə olunub - YENİLƏNİB
28.09.2024-cü il tarixində saat 15:00 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Mərkəzdən “Far.Az”un yerli bürosuna bildirilib ki, ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti ağır olduğundan, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.
“Far.Az”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.
Hadisənin səbəbi araşdırılır.
Oxşar xəbərlər
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sumqayıt Tibb Mərkəzi yol qəzasında dünyasını dəyişən şəxslə bağlı məlumat yayıb - YENİLƏNİB
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB-3
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













