Ağdamda ailə davası: 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döydü
Ağdam rayonunda 63 yaşlı kişi oğlu ilə birlikdə qardaşını döyüb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib.
Kənd sakini, 1963-cü il təvəllüdlü Müzəffər Ağayev (soyadı şərtidir) həyətindəki alaq otlarını təmizləyərək küçəyə atıb. O, həmin alaq otlarını qardaşı Nərimanın həyətinə gedən su borusunun üstünə yığaraq, od vurub yandırıb.
Alovun təsirindən Nərimanın həyətinə gedən su borusu yararsız vəziyyətə düşüb və onun evinə gedən su kəsilib. Nəticədə Nərimanla Müzəffər arasında mübahisə yaranıb. Mübahisə zamanı hadisə yerinə Müzəffərin oğlu Elvin də gəlib, ata-oğul birlikdə Nərimanı döyüb, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.
Hadisə yerinə polis əməkdaşları gəliblər və ata-oğul saxlanılıblar. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə hadisəni törətməkdə təqsirləndirilən M.Ağayev və Elvinə "Konstitusiya və Suverenlik İli" münasibəti ilə elan edilən Amnistiya aktı tətbiq edilib və onlar cinayət məsuliyyətində azad olunublar.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Bakıda poliklinikanın həyətindəki sürüşməyə magistral su xətti səbəb olub?
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kolumbiyada hərbi obyektə dron hücumu nəticəsində 3 hərbçi ölüb
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün













